AZ EN RU

DİN: Hazırkı vəziyyətin separatçıların xeyrinə olması barədə xəbərlər cəfəngiyatdır

Hazırda Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində hazırkı vəziyyətə uyğun olaraq qoşunlarımız tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Bu sözləri sentyabrın 20-də keçirilən brifinqdə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev deyib.

O bildirib ki, erməni sosial media seqmentlərində guya hazırkı vəziyyətin separatçıların xeyrinə olması barədə xəbərlər yayırlar. Amma bütün bu məlumatlar yalan və cəfəngiyatdır.

Nəşr edilib : 20.09.2023 10:56