AZ EN RU

DİN əməkdaşları şəhid ailələrini ziyarət edib - FOTOLAR

Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin əməkdaşları, ehtiyatda olan hərbi qulluqçular və polis əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrini ziyarət ediblər.

Bayram münasibətilə bütün ailələr təbrik edilib, bayram sovqatı təqdim edilib.

Bu təşəbbüsü yüksək qiymətləndirən şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə razılıqlarını bildiriblər.

Nəşr edilib : 31.12.2023 12:52