AZ EN RU

DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir

Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Bununla bağlı nazirlik sosial çarx hazırlayıb.
Xəbərdarlıqda deyilir: "Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın".

Nəşr edilib : 11.05.2024 21:46