AZ EN RU

DİN: 5,7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 22-də ümumi çəkisi 5,7 kiloqramdan çox narkotik vasitə, həmçinin 465 qram psixotrop maddə aşkarlanaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Nəşr edilib : 23.04.2024 10:18