AZ EN RU

DİN 26 iyun – “Narkotiklərlə mübarizə günü” ilə bağlı növbəti videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 26 iyun – “Narkotiklərlə mübarizə günü” ilə bağlı növbəti videoçarx hazırlayıb.

"Şərq qapısı" AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar DİN tərəfindən narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri barədə növbəti videoçarx hazırlanıb.

Dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, polis əməkdaşlarının bu istiqamətdə həyata keçirdikləri əməliyyat və profilaktik tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verməkdədir. Profilaktik tədbirlərin daha da artırılması məqsədi ilə hazırlanan bu videoçarxın daha geniş tamaşaçı auditoriyasına çatdırılması üçün göstərdiyiniz dəstəyə görə əvvəlcədən hər kəsə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, videoçarxda baş rolda Azərbaycan Respublikasının Xalq artisti Həmidə Ömərova çəkilib.

https://video.azertag.az/site/video/214770

Nəşr edilib : 25.06.2024 12:33