AZ EN RU

DİM sədri: "II qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur"

"II qrupda plan yerləri müsabiqəyə buraxılan şəxslərdən daha çoxdur".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Bizim əsas müsabiqə vəziyyətimiz elə dövlət sifarişli yerlərdədir. II qrupda həmin müsabiqə şərtinə uyğun nəticə göstərən hər bir şəxs ali məktəbə qəbul oluna bilər. Çünki ümumi plan yerləri və müsabiqəyə buraxılan şəxslərin sayını müqayisə edəndə görürük ki, plan yerləri daha çoxdur. Amma bu o demək deyil ki, həmin yerlər boş qalacaq. Diqqətinizə çatdırım ki, plan yerlərini ikinci dəfə biz elan edəndə subbakalavrlar bu müsabiqəyə qoşulacaq. Bütün bu yerlər subbakalavrlar tərəfindən dolacaq", - DİM sədri bildirib.

Nəşr edilib : 11.08.2023 12:23