AZ EN RU

DİM magistraturaya qəbul imtahanı verəcək bakalavrlara müraciət edib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) fevralın 11-də keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, bakalavrlar imtahana buraxılış vərəqəsini və “Yaddaş kitabçası”nı çap etmək üçün linkə daxil olmalıdırlar.
Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Nəşr edilib : 05.02.2024 14:13