AZ EN RU

DİM kolleclərə qəbulun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib

Dövlət imtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib.

DİM-dən bildirilib ki, jurnalın bu nömrəsində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Nəşr edilib : 09.08.2023 10:49