AZ EN RU

DİM-də fizika və rus dili fənləri üzrə işçi qrupların iclasları keçirilib

Fevralın 9-da Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qrupların iclasları keçirilib.

Mərkəzdən bildirilib ki, iclaslarda ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə uyğun onlayn sınaq materialının müzakirəsi davam etdirilib. Müzakirədə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

İşçi qrupların növbəti iclasları fevralın 16-da olacaq.

Nəşr edilib : 09.02.2022 15:53