AZ EN RU

Dillərə dastan, Naxçıvan! Yubileyin mübarək...

Hər qarışında sevinc gətirən, zəngin və qüdrətli tarixə malik olan, ana vətən  sən bu il 100 illik yubileyini qeyd edirsən. Tarixən böyük sınaqlardan uğurla çıxan, şanlı tariximizi qəhrəmanlıqla yazan, Naxçıvan! Sən bizi hər zaman şərəfləndirirsən! Biz Naxçıvanımızın yüzillik yubileyini qeyd edərkən şanlı vətənimizin təkcə gözəlliyini, coğrafi əhəmiyyətini yox, həm də zəngin mədəniyyətini, igidlərinin qorxmazlığını, zəhmətsevər insanlarının əməyini,  bitməz-tükənməz naliyyətlərini qeyd edirik! Qoy bizim Naxcıvanımız sonrakı yüz illərdə də uğurları ilə dillərə dastan olsun. Şanlı bayrağımız bu yurd yerində də hər zaman zirvələrdə dalğalansın! Hər kəs sənin əzəmətinə baxıb heyran qalsın! İgidlər diyarı Naxçıvan, qazandığın parlaq uğurlar, hər zaman fəxrlə, qürurla anılacaq. Doğma diyarım, daim əzəmətli olmağın diləyi ilə, 100 illik yubileyn mübarək!

Duyqu İbrahimli

Nəşr edilib : 09.02.2024 11:19