AZ EN RU

Dilçi alimlər Ulu Öndərin siyasi irsinin təbliği sahəsində xidmətlərinə görə təltif olunublar

AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasında Nəsimi adına Dilçilik İnstitutunun alimləri təltif olunublar.

İnstitutdan bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideallarının tətbiqi və təbliği sahəsində xidmətlərinə görə alimlərə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, bu il institutun direktoru professor Nadir Məmmədlinin “Heydər Əliyevin dilçilik görüşləri”, professorlar Sayalı Sadıqova və Mahirə Hüseynovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, mərhum akademik Ağamusa Axundov, Müseyib Məmmədov, Nadir Məmmədli və Məsud Mahmudovun “Heydər Əliyev Azərbaycan dili və azərbaycançılıq”, dosent Xədicə Heydərovanın “Heydər Əliyevin siyasi dilinin lüğəti” kitabları çap olunub.

Nəşr edilib : 22.12.2023 10:45