AZ EN RU

Diaqnostika Müalicə Mərkəzi Şahbuzda tibbi aksiya təşkil edib

    Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin ödənişsiz tibbi xidmət aksiyasının növbəti ünvanı Şahbuz  rayonu olub.
    Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət olunublar. Diaqnostika Müalicə Mərkəzinin 12 nəfərdən ibarət həkim heyəti tərəfindən 123 nəfər pulsuz, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıb.
    Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomatoloji, nevroloji və digər müayinələrdən keçənlərə tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. Aztəminatlı ailədən 1 uşaq sünnət olunub. Şəhid ailəsindən olan 1-ci qrup sağlamlıq imkanları məhdud 1 nəfər fizioterapiya müayinəsi, 3 nəfər isə digər müayinələr üçün stasionara dəvət edilib.
    Aksiyadan yararlananlar göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edərək bütün bunları qazilərə, şəhid və aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndiriblər.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 08.04.2022 20:04