AZ EN RU

“Diabet mənim dostumdur” adlı istirahət düşərgəsinin bağlanış tədbiri keçirilir

İyulun 17-də start götürən “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsinin bağlanış tədbiri keçirilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev,  əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov  və  Qoç Universiteti Tibb Fakültəsi Uşaq Endokrinologiyası və Diabet kafedrasının müdiri, professor doktor Şükrü Hatunun çıxışları nəzərdə tutulub.

Tədbir bədii hissə ilə davam edəcək, valideynlərin çıxışı olacaq, uşaqlara sertifikat və hədiyyələr veriləcək. Sonda şəkərli diabetdən əziyyət çəkən uşaqların təssüratları dinləniləcək, onlar havaya dilək şarları uçurtacaqlar.

Məlumat üçün bildirək ki, muxtar respublikada ilk dəfə keçirilən “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsində ilkin olaraq 34 diabetli uşaq valideynləri ilə birgə iştirak edib. Üç gün ərzində şəkərli diabetdən əziyyət çəkən uşaqlar Bakı şəhərindən dəvət olunmuş 4 uşaq endokrinoloqu – Azad Əkbərzadə, Nabat Ağayeva, Cəmalə Məmmədova, Ləman Sultanova və yüksək tibbi heyətin nəzarəti altında istirahət ediblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.07.2023 11:05