AZ EN RU

Dəyirmi masa keçirilmişdir

Babək Rayon İcra Hakimiyyəti yanında Gender Zorakılığı və Uşaqlara Qarşı Zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

İclasda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun icrası istiqamətində tədbirlərin keçirilməsi və bu sahədə maarifləndirmə işinin aparılmasının əhəmiyyətindən danışılmışdır.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək ölkəmizdə məişət zorakılığı hallarının qarşısının alınmasının dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biri olduğunu vurğulamış və bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətindən danışmışdır.

Daha sonra Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən Babayev çıxış edərək zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bu zorakılıq daha çox uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış məktəbdə, cəmiyyətdə və xüsusilə ailədə incə və məsuliyyətli iş olduğundan ehtiyatlı davranmaq lazımdır. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlərdəndir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.09.2023 16:13