AZ EN RU

Dəyirmi masa keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda “Texnologiya dərslərinin müasir metodlarla tədrisi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə institutun bir qrup professor-müəllim heyəti, tələbələr və ümumtəhsil məktəblərinin Texnologiya müəllimləri iştirak edib.
    Tədbirdə İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, Tədris və tərbiyə işləri üzrə prorektor Çapay Quliyev iştirak edib. Kafedranın müdiri Qızıllı Əliyeva tədbirin mahiyyətindən danışıb. Sonra kafedranın müəllimləri Təranə Əliyevanın, Rövşən Bağırovun və Coşqun Qurbanovun çıxışları dinlənilib. Mövzu ətrafında müzakirələr aparılıb.
    Müzakirələrdən ümumtəhsil məktəblərinin müəllimləri Naxçıvan Müəllimlər İnstitutunda Texnologiya müəllimliyi ixtisası üzrə yaradılmış tədris şəraiti ilə tanış olublar və texnologiya dərslərinin praktik əsaslar üzərində tədrisinə dair fikir mübadiləsi ediblər.

Naxçıvan Müəllimlər İnstitutunun 
mətbuat xidməti

Nəşr edilib : 01.12.2022 19:54