AZ EN RU

Deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

Bu barədə deputatın qardaşı Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, deputatın müalicəsi ilə bağlı məsələlər Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Fondun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və deputatın müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür.

Nəşr edilib : 24.09.2023 15:59