AZ EN RU

"Debat Liqası"nın final mərhələsi keçirilib

13 dekabr 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində olan Naxçıvan Tibb Kollecinin tələbələri arasında “Debat Liqası” layihəsinin final mərhələsi və mükafatlandırma mərasimi baş tutub. Açılış mərasimində kollecin direktoru Sona Məmmədova, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli və Naxçıvan Regional Debat Mərkəzinin sədri Bağdagül Cəfərli çıxış edib, tədbir haqqında fikirlərini bildiriblər. Liqada ümumilikdə 12 komanda, hər komandanın tərkibində isə 3 nəfər olmaqla 36 tələbə iştirak edib. Yekuna əsasən “Sezar” komandası I, “Avatar” komandası II yerə, “Günəş” komandası isə III yerə layiq görülüb. Yer tutan komandalara diplom və medallar, Naxçıvan Regional Debat Mərkəzinin sədri Bağdagül Cəfərliyə təşəkkürnamə, layihənin idarə heyətinə və təşkilati işlərdə könüllü qismində iştirak edənlərə isə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, “Debat Liqası” 4-13 dekabr 2023-il tarixlərdə Naxçıvan Tibb Kollecinin, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin və Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.12.2023 17:36