AZ EN RU

“Debat Liqası” layihəsinə yekun vurulub

    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Dövlət Universitetinin nəzdində olan Naxçıvan Dövlət Texniki Kollecin təşkilatçılığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə kollecin tələbələri arasında 10-25 oktyabr 2023-cü il tarixlərində “Debat Liqası” layihəsi keçirilib. Layihənin final mərhələsində Gənc­lər və İdman İdarəsinin rəisi Tahir Məmmədli, Texniki Kollecin direktoru Asəf Ruşanov və layihənin rəhbəri Bağdagül Cəfərli çıxış edib, tədbir haqqında fikirlərini bildiriblər. Liqada, ümumilikdə, 8 komanda, hər komandanın tərkibində isə 3 nəfər olmaqla, 24 tələbə iştirak edib. Yekuna əsasən “Liberal” komandası I, “Sirius” komandası II yerə layiq görülüb. 
    Yer tutan komandalara idarənin diplom və medalları, layihənin idarə heyətinə isə diplom və sertifikatlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.10.2023 23:14