AZ EN RU

Daylaqlı kəndinə gedən arx keçidi yenidən bərpa olunub

Şahbuz rayonunun Daylaqlı kəndinə gedən arx keçidi yenidən bərpa olunub. Daha əvvəl istifadə olunan diametri 720 millimetr olan dəmir borunun bir hissəsi çökərək suyun keçməsinin qarşısını alırdı. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Şahbuz Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən həmin boru kəsilərək içərisinə diametri 600 millimetr olan 24 metr uzunluğunda koruge boru salınıb. Beləliklə, suyun keçməsi tam təmin edilib.

Nəşr edilib : 31.05.2024 10:09