AZ EN RU

Daxili Qoşunların Naxçıvandakı birləşməsində şəxsi heyətin döyüş vərdişləri təkmilləşdirilir

Daxili Qoşunların Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir.

Qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib.

Havanın əlverişsiz olmasına baxmayaraq təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib.

Daxili Qoşunların Naxçıvandakı birləşməsində plana uyğun olaraq təlim-atış çalışmaları davam edir.

Nəşr edilib : 25.01.2024 11:55