AZ EN RU

Daxili İşlər Nazirliyinin tərəfindən səyyar xidmət təşkil edilib

Göstəriləcək xidmətin maşrut planı əvvəlcədən hazırlanaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəsmi instaqram və facebook hesablarında paylaşılır. 

Daxili İşlər Nazirliyinin Səyyari Xidmətinin avtobusunda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə xidmətlər göstərilir. 

Göstərilən xidmətlərə görə rüsumları vətəndaşlar nazirliyin Kapital bankdakı hesabına və ya avtobusda xidmət aparan Kapital Bankın nümayəndəsinə ödəyə bilərlər. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Səyyari Xidməti 12 fevral tarixindən Ordubad rayonu ərazisində vətəndaşlara xidmət göstərir. Son 3 gün ərzində 122 şəxsiyyət vəsiqəsi və 5 sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı vətəndaşların müraciətləri yerindəcə həll olunub, və vətəndaş məmnunluğu təmin edilib.

Nəşr edilib : 15.02.2024 19:28