AZ EN RU

Daxili İşlər Nazirliyində seminar-müşavirə keçirilib

Fevralın 7-nə təyin olunan prezident seçkilərində  polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair seminar-müşavirə keçirilib.

Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.

Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.

Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov  seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edib.

Daxili İşlər Nazirliyinin nümayəndələri Sənan Əliyev və Cavid Cəfərov  referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. Onlar, çıxışlarında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.

Mərkəzi Seçki Komissiyasının katibliyinin əmakdaşı Cavid Zeynalov isə seçki subyektləri, onların hüquq və vəzifələri, seçki subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməzliyi   barədə danışıb.

Seminar-müşavirənin sonunda müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Daxili İşlər Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 18.01.2024 15:28