AZ EN RU

Daxili işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

DİN-in Mətbuat Xidmətindən  bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.

Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Nəşr edilib : 11.06.2024 23:10