AZ EN RU

Daşınmaz əmlak obyektlərinin dövlət qeydiyyatına alınması diqqət mərkəzində saxlanılıb

Daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müdafiəsi sahəsində işlərin daha səmərəli təşkil edilməsi, torpaqlardan təyinatı üzrə istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsi tərəfindən cari ilin fevral ayında da diqqət mərkəzində saxlanılıb.

Ötən ay rayonda şöbə tərəfindən müraciətlər əsasında 17 fərdi yaşayış evi, 9 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 26 əmlaka məxsus texniki pasport hazırlanaraq vətəndaşlara təqdim edilib. 44 plan-ölçü hazırlanıb, hüquqların dövlət qeydiyyatına alınması üçün 68 müraciətə baxılıb.

Ay ərzində texniki sənədləri hazırlanan əmlaklara baxış keçirilərək 73 müayinə aktı tərtib olunub, 1 bölgü planı hazırlanıb. Məhdudiyyət və yüklülüyə dair 41, əmlakın olub-olmamasına dair isə 9 arayış verilib, 2 dublikat sənəd hazırlanıb.

Rayon Şöbəsinə 3 şifahi, 2 yazılı müraciət daxil olub ki, həmin müraciətlər əsasında əmlaklara yerində baxış keçirilib, müraciətlərlə əlaqədar müvafiq qanunvericilikdə nəzərdə tutulan tələblər vətəndaşların diqqətinə çatdırılıb.

Nəşr edilib : 16.03.2023 11:47