AZ EN RU

Daşaltıda 1 tondan çox çətənə bitkisi məhv edilib

Daşaltıda 1 tondan çox çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Nəşr edilib : 22.06.2023 10:17