AZ EN RU

Daim Onun əmrinə müntəzirik

Vətən torpaqlarının düşmən işğalından azad edilməsində imzası olan bir qazi kimi deyə bilərəm ki, növbədənkənar Prezident seçkiləri müstəqillik tariximizin ən yaddaqalan seçkisi oldu. İnsanlar səhər saatlarından məntəqələrə axışırdı. Artıq nəticələr də bəllidir: dövlətçilik tariximizin Müzəffər Lideri, sözü və imzası bir olan Lider böyük səs çoxluğu ilə növbəti 7 ildə də ölkəmizə rəhbərlik edəcək. Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi ilə adını  Azərbaycan tarixinə əbədi olaraq yazdırıb. Bu gün xalqımız ona növbəti dəfə etimad göstərdi. Bir vətəndaş olaraq, qəlbən inanıram ki, cəsur komandan bu inam və etimadı ən yüksək səviyyədə doğruldacaq. Çünki o, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı kimi hər zaman  verdiyi sözə sadiq Lider olub. 
 Cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün isğaldan azad olunmuş torpaqlarda da səsvermə prosesi keçirildi. Xalqımız da səsvermədə fəallıq göstərdi. 
Bir qazi kimi Ali Baş Komandanımıza qəzetiniz vasitəsi ilə ən xoş arzularımı çatdırır və bildirirəm ki, biz hərbi qullquçular daim Onun əmrinə müntəzirik. 
Muxtar respublika sakinləri üçün isə bu günlərdə  ikiqat bayramdır. Sevinirik həm də ona görə ki, Nuhun yurdu Naxçıvan muxtariyyətinin 100-cü ildönümünü qeyd edir. Qoy, Naxçıvanımız daim Şərqin qapısında parlayan Günəş kimi dayansın, onun işığı bizi isitsin, heç vaxt sönməsin.
Parlaq qələbəniz mübarəkdir, cənab Prezident!
Yubileyin mübarək, muxtar respublikam!

Nəşr edilib : 07.02.2024 22:21