AZ EN RU

Dahi şəxsiyyətin 100 illik yubileyinə həsr olunmuş “Vətənim Azərbaycan” mövzusunda rəsm müsabiqəsi

    Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər İdman İdarəsinin birgə təşkilatçılığı ilə dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vətənim Azərbaycan” mövzusunda  rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə 17 ümumtəhsil məktəbi üzrə 73 şagird 81 rəsm əsəri ilə iştirak etmişdir.  Məqsəd Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, Vətən uğrunda canını fəda edən şəhidlərin qəhrəmanlığını tərənnüm etməklə rəsm əsərlərində şagirdlərin müasir və inkişaf edən Azərbaycanımızı necə təsəvvür etmələrini və gələcəklə bağlı arzularını ifadə etmələridir.
    Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək iştirakçılara uğurlar arzulamışdır. 
    Müsabiqənin yekun nəticəsinə görə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Leyla İsmayıl I yerə, 11 nömrəli tam orta məktəbin şagirdi Gülnur Həsənova, 14 nömrəli tam orta məktəbin şagirdi Sevgi Abdullazadə və 16 nömrəli tam orta məktəbin şagirdi Səidə Budaqlı II yerə, 3 nömrəli tam orta məktəbin şagirdləri Fatimə Həsənli, Əminə Quliyeva, 17 nömrəli tam orta məktəbin şagirdi Aysun Məmmədova III yerə, 6 nömrəli tam orta məktəbin şagirdi Həcər Fərzəliyeva, 14 nömrəli tam orta məktəbin şagirdi Elcan Zamanlı və 16 nömrəli tam orta məktəbin şagirdi Zərifə Quluzadə isə həvəsləndirici yerə layiq görülmüşlər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 06.04.2023 19:51