AZ EN RU

Daha bir təlim uğurla tamamlandı

Muxtar respublikada gənclərin şəxsi inkişafı, karyera imkanları, yeni peşə bacarıqlarının formalaşdırılması istiqamətində atılan addımlar davam etdirilir.  Gənclərə rəqəmsal bilik və bacarıqların aşılanmasına xidmət edən “Rəqəmsal gəncliyə doğru” təlimi də bu qəbildəndir. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Optimal Qrup Akademiyanın birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən təlimlər həftədə iki dəfə olmaqla dekabrın 6-dan 23-dək davam edib. İştirakçılar təlimçilər Elsun Cəfərov və Cəfər Sadiqov vasitəsilə  IT sahəsində yeni biliklərə yiyələnmək imkanı qazanıblar.

Tədris proqramının yekununda fərqlənən iştirakçılara sertifikat təqdim edilib. Müraciəti nəzərə alınaraq layihəyə qoşulan və gənclərlə birgə yeni biliklər əldə edən bir nəfər qadın – Gülnar Əsgərova da sertifikat alanlar sırasında olub. 

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.12.2023 10:52