AZ EN RU

Daha bir qız idmançımızdan əlamətdar çempionluq 🥇🇦🇿

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə oğlanlar və qızlar arasında ölkə birinciliyi keçirilir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa bu gün start verilib. İyunun 3-dək davam edəcək ölkə birinciliyinə 20 çəki dərəcəsində 800-ə yaxın idmançı qatılıb. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan Güləş Federasiyasından 2 məşqçi və 8 idmançının yarışda iştirakı təmin olunub. Sevindiricidir ki, təmsilçilərimizdən biri artıq mükafatçılar sırasında düşməyi bacarıb. Belə ki, 28 kq çəki drəcəsində çıxış edən Ləman Bağırova rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. Ləmanın əldə etdiyi bu nailiyyət Naxçıvan cüdosu tarixində xüsusi önəmə malikdir. Çünki, bu vaxtadək muxtar respublikada cüdo ilə məşğul olan qızlardan belə yüksək nəticə göstərən olmamışdı. Ləman Bağırova bu baxımdan ilkə imza atdı. 
Xatırladaq ki, ötən gün də Röya Abdullayeva (qızıl) və Fidan Paşayeva (bürünc) qrepplinq üzrə U17 Avropa çempionatında tarixi uğura imza atıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.05.2024 20:39