AZ EN RU

Daha bir qazinin xərcləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən qarşılandı

Fevralın 26-da  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi qazisi Babayev Şakir Zəfər oğlunu qəbul edib. Şura sədri qazinin səhhəti və müalicəsi ilə maraqlanıb.
AHİK sədr müavininin tapşırığı ilə Şakir Babayevin Bakı şəhərində əməliyyat xərcləri üçün müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib.
Vətən müharibəsi qazisi göstərilən qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hər zaman şəhid ailələri, qaziləri, vətən müharibəsi iştirakçılarını diqqətdə saxlayır və problemlərinin həlli istiqamətində əməli addımlar atır.

Nəşr edilib : 26.02.2024 14:27