AZ EN RU

Daha 42 nəfər qazi Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən istirahətə göndərilib

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası şəhid ailələrinə, qazilərə, ümumiyyətlə, müharibə iştirakçılarına daim dəstək olur, onların qayğıları ilə maraqlanır, lazımi köməklikləri göstərir.
Bu cür layihələrin davamı kimi 5-6 mart tarixlərində Şuranın maliyyə dəstəyi ilə növbəti 42 nəfər qazi Ağbulaq İstirahət Mərkəzinə göndərilib.
2 günlük tədbir çərçivəsində qazilər üçün Mərkəzə ekskursiya təşkil edilib, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də müxtəlif proqramlar təşkil edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən 28-29 fevral tarixlərində isə 40 nəfər qazinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunub.

Nəşr edilib : 05.03.2024 17:53