AZ EN RU

Çunçin şəhərinin nümayəndə heyəti Naxçıvana səfərə gəlib

Çin Xalq Respublikasının Çunçin şəhərinin rəsmi nümayəndə heyəti Naxçıvana səfər edib.

Qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşərək, iqtisadi və mədəni əlaqələrin inkişafını müzakirə edəcəklər.  

Onlar Naxçıvanın istehsal, xidmət sahələri, turizm resurslarına baxış keçirəcəklər. 

Qeyd edək ki, 2021-ci ildə “Naxçıvan Muxtar Respublikası ilə Çunçin şəhəri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması haqqında Memorandum” imzalanıb.

Nəşr edilib : 10.08.2023 10:54