AZ EN RU

Culfada şəhidlərin ordenləri ailə üzvlərinə təqdim edilib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Culfa rayonunun şəhidləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Göydağlı Ramazan Əbülfət  oğlu və Seyidov Miryasin Mirqafar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev şəhidlərin doğulduğu Əbrəqunus və Kırna kəndlərində şəhid ailələrinə baş çəkib, şəhidlərin ordenlərini ailə üzvlərinə təqdim edib.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Nəşr edilib : 26.02.2023 20:42