AZ EN RU

Culfada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

Culfa Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun idarə və müəssisələrində çalışan gənclər iştirak ediblər.

Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Fərzəliyeva, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının aparıcı məsləhətçisi Elşad Cəfərov, Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahova tədbirdə çıxış ediblər.

Tədbirdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışılıb.

Bildirilib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Dahi Şəxsiyyət Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir. O, keçirdiyi görüşlərdə dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

Nəşr edilib : 30.10.2023 18:41