AZ EN RU

Culfada gənclər üçün təlim keçirilib

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Culfa rayon gəncləri üçün təlimçi-psixoloq Ayxan Hüseynlinin “İnsan öz zamanını yaradır” adlı şəxsi inkişaf təlimi təşkil olunub. Təlimdən öncə nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək gənclər siyasəti və təmsil etdiyi qurumun ümumi fəaliyyət istiqamətləri haqqında məlumat verib. Qeyd olunub ki, nazirlik tərəfindən keçirilən sosial sorğunun nəticələri nəzərə alınmaqla gənclərin maraq dairəsinə uyğun şəxsi inkişaf yönümlü təlim və seminarların sayı daha da artırılır. 

Gənclərin şəxsi inkişafı, onlar arasında müxtəlif sahələr üzrə təcrübə və fikir mübadiləsi aparılmasına şərait yaradılması məqsədilə keçirilən təlim “Xəyallar zamandan asılıdırmı?”, “Keçmişin gələcəyə təsiri”, “Bəlkə bir gün”, “Zamana buraxılan ümidlər” mövzularını əhatə edib.

Sonda gənc təlimçi iştirakçıların mövzularla bağlı fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

 Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.10.2023 18:14