AZ EN RU

“Culfa” yarımstansiyasında yenidənqurma işləri aparılır

    Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır.    Bu tədbirlərin davamı olaraq “Culfa” yarımstansiyası yenidən qurulur.                      
    Culfa rayonu ərazisində bununla əlaqədar ayrılan  əkinə yararsız torpaq sahəsində yeni texnoloji qurğu və avadanlıqlar quraşdırılır. Dövlət Energetika Xidmətinin mühəndis-texniki işçi heyəti tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin bir  qismi artıq başa çatıb.

    Layihələndirilən yeni 132/110/35/10 kV-luq “Culfa” yarımstansiyasının yenidən qurulması istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatına imkan verəcək. Eyni zamanda idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaq.
    Qeyd edək ki, Culfa yarımstansiyası sistem əhəmiyyətli yarımstansiya olub, İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının enerji sistemini əlaqələndirir. Ordubad və Culfa rayonunun enerji təminatı məhz bu ötürücü və paylayıcı yarımstansiya vasitəsilə həyata keçirilir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 28.02.2022 20:11