AZ EN RU

“Culfa” yarımstansiyasında quraşdırma işləri davam etdiriləcək

Naxçıvanda əhalinin və müəssisələrin artan elektrik enerjisinə tələbatı nəzərə alınaraq ardıcıl işlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq sistem əhəmiyyətli yeni 132/110/35/10 kV-luq “Culfa” yarımstansiyasında quraşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə bu məqsədlə ötən il oktyabrın 12-də “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 15-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “Orbital Engineering” MMC ilə dekabrın 12-də satınalma müqaviləsi imzalanıb. Sözügedən yarımstansiyada quraşdırma işlərinin davam etdirilməsi üçün  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 1.800.000,0 manat vəsaitin 1.687.400,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 112.600,0  manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.01.2024 12:05