AZ EN RU

Culfa şəhərində avtomobil təmiri sexində yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Nəticədə ümumi sahəsi 20 m² olan sexin içərisində təmirə dayanmış “Mercedes” markalı minik avtomobil tamamilə yanıb.

Yanğına səbəb təmir sexindəki avtomobilin motorxanasında elektrik naqillərində yaranan qısaqapanma olub.

Nəşr edilib : 03.03.2023 10:37