AZ EN RU

Culfa sakinindən qanunsuz ov silahı götürülüb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Culfa Rayon Polis Şöbəsinə Kırna kənd sakini 1985-ci il təvəllüdlü Məmmədhəsən Əliyevdə qanunsuz saxladığı odlu silah olması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yaşadığı evin həyətyanı sahəsindəki samanlıqda 1 ədəd Türkiyə istehsalı, 12 kalibrli, atəşə yararlı qoşalülə ov silahı aşkarlanaraq götürülüb.

Nəşr edilib : 14.02.2023 17:54