AZ EN RU

Culfa rayonunun Yaycı kəndində humanitar tibbi aksiya keçirilib

“Heydər Əliyev İli” tədbirləri çərçivəsində Naxçıvan Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Yaycı kəndində humanitar tibbi aksiya keçirib.

Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Qrafikə uyğun olaraq keçirilən aksiya çərçivəsində xəstəxananın on nəfərdən ibarət həkim briqadası tərəfindən kənd əhalisinə tibbi xidmət göstərilib. Tibbi profilaktik müayinədən keçirilmiş 83 kənd sakininin 65-də konyunktivit,  blefarit,  OD-katarakta,  quru göz sindromu, otit, öd daşı və müxtəlif xəstəliklər aşkar edilib.

Xəstəliyi aşkarlanan sakinlər aidiyyəti xəstəxanalara yönləndirilib. İxtisaslı həkimlər tərəfindən kənd sakinləri ilə tibbi maarifləndirici söhbətlər də aparılıb.

Nəşr edilib : 16.03.2023 15:30