AZ EN RU

Culfa rayonunun Bənəniyar kəndinə yeni suvarma su xətti çəkilir

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi tərəfindən rayonun Bənəniyar kəndinin suvarma su təminatının yaxşılaşdırılması üçün yeni suvarma boru xəttinin çəkilişinə başlanılıb.
Agentliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, idarə əməkdaşları tərəfindən diametri 355 millimetr olan plastik borularla 4000 metr uzunluğunda boru xəttinin çəkilişi aparılır. Su Bənəniyar gölündən nasos vasitəsilə vurularaq kəndin suvarma suyuna tələbatını təmin edəcək.  

Nail ƏSGƏROV

Nəşr edilib : 10.06.2024 14:59