AZ EN RU

Culfa rayonunda vətəndaş qəbulu keçirilib

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov tərəfindən Culfa rayonunda vətəndaş qəbulu keçirilib.
Qəbulda 25 vətəndaş iştirak edib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.
Qeyd edək ki, növbəti vətəndaş qəbulu 30 yanvar 2024-cü il tarixdə Şahbuz rayonunda keçiriləcəkdir.

Nəşr edilib : 27.01.2024 22:02