AZ EN RU

Culfa rayonunda seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının iclas zalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin deputatı Qadir İbrahimovla Culfa seçicilərinin görüşü keçirilib. Görüş zamanı görülən işlər barədə seçicilərə məlumat verilib. Tədbir iştirakçılarının təklif və problemləri dinlənilərək qeydə alınıb və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə  müvafiq qurumlara ünvanlanacağı bildirilib. Onları maraqlandıran suallar cavablandırılıb.

Nəşr edilib : 03.04.2024 10:52