AZ EN RU

Culfa rayonunda növbəti maarifləndirmə tədbiri təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə Culfa rayonunda bələdiyyə sədrlərinin, üzvlərinin və vətəndaşların iştirakı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyinin və Dövlət Vergi Xidmətinin əməkdaşları vergi qanunvericiliyin tələbləri mövzularında çıxış ediblər.

Qeyd olunub ki, qanunvericiliyə əsasən bələdiyyə maliyyəsinin əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və sair təşkil edir. Bələdiyyə maliyyəsinin əsasını təşkil edən yerli büdcə əsasən yerli vergilər hesabına formalaşır.  Yerli vergilər bələdiyyələrə ödənilən vergilərdir və Azərbaycan Respublikası vergi sisteminin tərkib hissəsidir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu yerli vergilərin və ödənişlərin əsaslarını müəyyən edir, vergi ödəyiciləri arasında yaranan münasibətləri tənzimləyir. Yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqi isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.

Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarına “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” məlumat bukletləri paylanılmışdır.

      NaxçıvanMuxtarRespublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2023 13:59