AZ EN RU

Culfa rayonunda kənd sakinləri ilə səyyari görüş keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynovanın iştirakı ilə Ərəfsə, Ləkətağ və Boyəhməd kənd sakinləri ilə səyyari görüş keçirilib.

Görüş zamanı Sara Hüseynova respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə görülən işlərdən, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisasi inkişafına dair 2023-2027-ci illər üçün Dövlər Proqramı”nın Culfa rayonu üçün əhəmiyyətindən söhbət açıb.

Daha sonra kənd sakinlərinin  qarşılaşdıqları çətinliklər və təklifləri  qeydə alınaraq onları narahat edən müxtəlif məsələlərə aydınlıq gətirilib, problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

                                   Aidə İBRAHİMOVA

Nəşr edilib : 21.12.2023 11:36