AZ EN RU

Culfa rayonunda da agacəkmə aksiyası keçirilib

Bugün keçirilən ağacəkmə aksiyasında Culfa Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən, baramaçılığın inkişafını nəzərə alaraq Culfa-Ordubad magistral yolunun kənarında 3ha ərazidə 1800 ədəd tut tingi əkilib. Həmçinin 2,4ha yeni ərazidə idarə, müəssisə və təşkilatların kollektivi tərəfindən 650 ədəd meşə, 1360 ədəd meyvə ağacları əkilib.
Rayonun kəndlərində də ağacəkmə aksiya keçirilib.  Belə ki, iştirakçılar 20ha ərazidə 2790 ədəd meyvə, 1360 ədəd meşə ağacları əkiblər.

Nəşr edilib : 16.03.2024 15:23