AZ EN RU

Culfa rayonunda 2 Fevral-Gənclər Günü ilə bağlı görüş keçirilib

Culfa Rayon İcra Hakimiyyətində “Gənclər Günü” ilə əlaqədar gənclərlə görüş keçirilib. Görüşdə rayonun idarə, təşkilat və müəssisələrində çalışan fəal gənclər iştirak ediblər. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elçin Məmmədəliyev tədbirin mahiyyəti barədə iştirakçılara geniş məlumat verib. 
Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının məsləhətçisi Elşad Cəfərov, Camaldın kənd mədəniyyət evinin direktoru Aygül Cəfərova, Saltaq kənd tam orta məktəbinin fizika müəllimi Xanım Şükürlü çıxışlarında gənclərin sosial-siyasi fəallığından, gənc nəslin vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik, milli-mənəvi  dəyərlərə hörmət ruhunda böyüməsinin əhəmiyyətindən bəhs ediblər.

Nəşr edilib : 02.02.2024 19:01