AZ EN RU

Culfa rayon prokurorluğunun əməkdaşları məktəblilərlə maarifləndirici tədbir keçirib

Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qızılca kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru və psixoloqu da iştirak etmişdir.

Culfa rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas Heydər İbrahimli “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” başlıqlı mövzu ilə bağlı və rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajoru Tural Tarverdiyev “18 yaşına çatmamış şəxslərin əməyindən istifadənin xüsusiyyətləri və bunların pozulmasına görə məsuliyyət” başlıqlı mövzu ilə çıxış etmişdirlər.

Sonda şagirdlər tərəfindən verilmiş suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.

Nəşr edilib : 16.02.2023 16:32