AZ EN RU

Culfa Rayon İcra Hakimiyyətinin yenilənmiş internet saytı “gov.az” zonasına köçürülüb

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Culfa Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb.

Yenilənmiş informasiya resursu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilməsi həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “gov.az” domeninə bağlı e-poçt adresi ilə (mail@culfa-ih.gov.az) təmin olunub.

www.culfa-ih.gov.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni veb-sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya smartfonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.

Həmçinin, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün də müvafiq işlər görülüb.

                                                                 Naxçıvan Muxtar Respublikası

                                                         Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin

                                                       mətbuat xidməti

Nəşr edilib : 30.11.2023 15:52