AZ EN RU

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

Tədbirdə rayon sakinləri, dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər. Culfa Rayon Mədəniyyət Sarayının “Çeşmə” instrumental ansamblının musiqili konsert proqramında mədəniyyət və incəsənət xadimləri tərəfindən müxtəlif nəğmələr səsləndirilib. Bayram şənliyi sakinlərin, xüsusən də uşaqların əhval-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. Həmçinin yeni ilin xəbərçisi olan Şaxta baba tərəfindən uşaqlara bayram hədiyyələri verilib, rayon sakinlərinə ictimai-iaşə xidməti göstərilib.

           Aidə İBRAHİMOVA

Nəşr edilib : 30.12.2023 19:47